Mojo.az Banner
17:46 Havayda Kilauea vulkanı yenidən aktivləşdi  |     17:45 Ağcabədidə 10 minə yaxın abonentin qazı kəsiləcək  |     17:18 Kahramanmaraşda zəlzələ oldu  |     17:04 Tağı Əhmədovun hakim oğluna qarşı ittihamlar səsləndirən şəxs CƏZALANDIRILDI  |     16:10 Dubaya raket zərbəsi nəticəsində xəsarət alan azərbaycanlıdan XƏBƏR VAR  |     16:09 Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT  |     15:33 Antoniu Koşta Bakıdan paylaşım etdi - FOTO  |     15:32 Azarkeşlər "Neftçi"ni 23 min manat ziyana saldılar  |     13:57 Qəzada xəsarət alan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırıldı - Video  |     13:39 Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR  |     13:32 Tovuzda məmur oğlu qadının üzərinə benzin töküb yandırdı  |     13:25 Azərbaycan nefti 12 dollardan çox ucuzlaşdı - SON QİYMƏT  |     13:21 "Planet Labs" peyk şəkillərini 14 günlük gecikmə ilə təqdim edəcək  |     13:16 Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Video  |     13:01 Naxçıvanda qumar oyunları təşkil edən gənc qız saxlanıldı - Video  |     12:53 Sabah 13 dərəcə isti olacaq  |     12:52 Göyçayda meyit tapılıb  |     12:40 Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı  |     12:23 Şagirdin "iPhone"unu oğurlayıb 25 manata satdı  |     12:13 Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi  |    
Left Banner
Right Banner

Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab

04.12.2024 20:51 1 080
Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab
Yerdəki kimi həyat Venera planetində heç vaxt mövcud olmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti Kembric Universitetinin araşdırmasına istinadən yazıb.

Alimlərin fikrincə, planetin atmosferinin təhlili Veneranın daxili hissəsinin quru olduğunu göstərib. Tədqiqat qeyd edir ki, bu, onun heç vaxt Yerdə olduğu kimi ənənəvi olaraq həyatın yaranması üçün zəruri hesab edilən maye su okeanlarının olmadığını göstərir.

"Bu, istənilən həyatı tamamilə istisna etmir. Amma Yer kürəsinə bənzər həyatın mövcudluğunu istisna edir", deyə tədqiqatın müəlliflərindən biri olan Tereza Konstantinu bildirib.

Bu sualın həlli astronomlara günəş sistemindən kənarda yaşamaq üçün əlverişli planetlər axtarışlarını daraltmağa kömək edə bilər.

Sentyabr ayında Çikaqo Universitetindən olan amerikalı astrobioloqların Veneranın sərt şəraitində mövcud ola biləcək və həyatın yaranmasına töhfə verə biləcək bir sıra üzvi molekullar kəşf etdikləri barədə məlumat verilmişdi. Onların tədqiqatının nəticələri göstərib ki, bəzi lipidlər yalnız sulfat turşusunda həll olunmur, həm də aqressiv mühitdə strukturlar əmələ gətirir.скачать dle 11.3
Mojo.az Banner