İspaniya yeni sel təhlükəsinə hazırlaşır - Xalq hökumətin istefasını tələb edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:59 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL  |     19:51 Əmək pensiyaları indeksləşdiriləcək  |     19:46 Sabah yağış yağacaq, külək əsəcək  |     19:39 Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir  |     19:33 “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib  |     19:25 KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb  |     19:19 Biləsuvarda qadın 3 kq narkotiklə tutulub - VİDEO  |     19:11 Ermənistanda atışma olub, ölən və yaralananlar var  |     19:04 Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər  |     18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |    

İspaniya yeni sel təhlükəsinə hazırlaşır - Xalq hökumətin istefasını tələb edir

Məlum olduğu kimi, İspaniyaya təsir edən güclü yağışlar 1973-cü ildən bəri ən ölümcül daşqınlara səbəb olub.

Median.Az
xarici mətbuata istinadən xəbər verir ki, ölkəni fəlakətə sürükləyən yağışlar ən azı 222 nəfərin həyatına son qoyub, infrastrukturu məhv edib.

Ölkə hələ yaralarını sağaltmamış halda, yağış xəbərdarlığı ilə yenidən sarsılıb.

Hələ də itkin düşənləri axtaran və hökumətin istefasını tələb edən xalq yenidən fəlakətə hazırlaşmağa başlayıb.

İspaniyanın Meteorologiya Agentliyi Aemet, Valensiya, Kataloniya və Əndəlus və Balear adalarının bəzi bölgələrində narıncı xəbərdarlıq elan edib.

Agentlik çox güclüdən şiddətli yağış və tufanlar barədə xəbərdarlıq edib.

Narıncı siqnal ikinci ən yüksək xəbərdarlıqdır və əhəmiyyətli meteoroloji hadisəni göstərir.

Hökumətin gördüyü tədbirləri qeyri-kafi hesab edən xalq yerli hökumətin istefasını istəyir.

Təxminən 100 nəfərlik qrup İspaniya kralının üzərinə palçıq və kürək ataraq onu təhqir edib, qatillər deyə qışqırıblar.

Ötən həftə sonu 100 mindən çox etirazçı küçələrə çıxaraq xəbərdarlıqlara məhəl qoymayan və tədbir görməyən yerli hökumət rəhbərlərinin istefası tələbi ilə nümayişlər keçirib.
//azxeber.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 13.11.24 14:24