İsveç hökuməti Kiyevə 110 milyon kron (10,36 milyon dollar) məbləğində yeni humanitar yardım paketinin ayrılmasına dair qərar qəbul edib.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu vəsait qış mövsümü ərəfəsində artan ehtiyacları ödəmək üçün istifadə olunacaq.
Bu vəsaitdən 50 milyon kron (4,71 milyon dollar) Ukrayna Qırmızı Xaç Cəmiyyətinə, 20 milyon kron (1,88 milyon dollar) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, 30 milyon kron (2,82 milyon dollar) BMT-nin İnkişaf Proqramına, 10 milyon kron (1,04 milyon dollar) isə BMT-nin Əhali Fonduna ayrılacaq.