İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə tutulub.
Median.Az "Report”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raketin atıldığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib.
"Mərmilərin bir hissəsi zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.