Netanyahu Makronu cahillikdə ittiham etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |    

Netanyahu Makronu cahillikdə ittiham etdi

"Fransa prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə yaradıldığı barədə sözləri tarixi cəhalət və hörmətsizlik əlaməti, həmçinin tarixin kədərli təhrifidir".

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib.

"Bu, tarixi cəhalət və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, lakin qətiyyən onu yaratmayıb", - deyə o qeyd edib.

Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3.5 min ildir ki, İsrail torpağına bağlıdır. Onun sözlərinə görə, müasir İsrail müstəqillik müharibəsinin cəsur döyüşçülərinin fədakarlığı sayəsində yaradılıb ki, onlar beş birləşmiş ərəb dövlətinin hücumuna qarşı durublar.

Qeyd edək ki, "Parisien" qəzeti Makronun Netanyahuya İsrailin BMT qərarı ilə yaradıldığını xatırlatdığı barədə yazmışdı. Bu baxımdan, Fransa prezidentinin sözlərinə görə, İsrail baş naziri BMT qərarlarını pozmamalıdır.

Oktyabrın əvvəlində Makron Netanyahuya telefon danışığında Livan və Qəzza bölgəsində atəşkəsin zəruriliyini bildirmişdi. Bununla yanaşı, siyasətçilər Yaxın Şərqdə baş verənlərə baxışlarda fikir ayrılıqlarının mövcudluğunu etiraf etmiş, lakin bir-biriləri üçün anlaşılan olmaq istədiklərini qeyd etmişdilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 17.10.24 11:22