Kreml Rusiya prezidentinin mütəmadi olaraq Mərkəzi Klinik Xəstəxanada müayinələrdən keçməsi ilə bağlı sözlərinə münasibət bildirib.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı Mərkəzi Klinik Xəstəxananın ona yerli dərman vasitəsi ilə qripə qarşı peyvənd edilməsini tövsiyə etdiyinə diqqət çəkib. Dövlət başçısı səhiyyə naziri Mixail Muraşkonun soyuq dövrə hazırlıq və peyvənd kampaniyası ilə bağlı hesabatına belə cavab verib.
Dmitri Peskov TASS ilə söhbətində prezidentin səhhətində problem olmadığını deyib. O, söhbətin adi tibbi müayinələrdən getdiyini vurğulayıb.
Vladimir Putin əvvəllər dəfələrlə qripə qarşı peyvənd aldığını bildirib. Bundan əlavə, dövlət başçısına koronavirusa qarşı peyvənd vurulub.