YaABŞ prezidenti Co Bayden Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Apa xəbər verir ki, bu haqda Ağ Evdən verilən açıqlamada bildirilir.
***
ABŞ hökuməti Ukraynaya növbəti hərbi yardım paketini bu gün açıqlayacaq. Məsələ ilə bağlı ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı planlaşdırılır.
Apa xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Prezident Bayden yaxın vaxtlarda, prezident Zelenski ilə danışacaq və Ukrayna üçün yeni mühüm təhlükəsizlik yardım paketini elan edəcək”, - deyə o bildirib.
O həmçinin əlavə edib ki, oktyabrda Almaniyanın Ramşteyn aviabazasında baş tutmalı olan dövlət və hökumət başçıları səviyyəsində Kiyevə silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclası noyabrda keçiriləcək.