Ürəyində işemik xəstəliyi olan insanlar üçün təhlükəli olan məhsullar hansılardır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |    

Ürəyində işemik xəstəliyi olan insanlar üçün təhlükəli olan məhsullar hansılardır?

Anhoy Elm və Texnologiya Universitetinin Birinci Filial Xəstəxanasından (Çin) olan alimlər müəyyən ediblər ki, fastfud, yarımhazır ət məhsulları və təmizlənmiş karbohidratlar ürək işemik xəstəliyi olan şəxslərdə ölüm riskini artırır.

Median.Az
bu barədə gazeta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, tədqiqatda ürək işemik xəstəliyi olan 1303 xəstə iştirak edib. Bu, ürək əzələsi hüceyrələrinin oksigen və qida maddələri ilə xroniki olaraq kifayət qədər təmin olunmaması nəticəsində yaranan bir vəziyyətdir. İştirakçıların orta yaşı 67 və təxminən 34%-i isə qadın olub.

Alimlər iştirakçıların qidalanması haqqında məlumat toplayıb və hər biri üçün Pəhriz İltihab İndeksini (Pİİ) hesablayıblar. Bu, iltihabi xüsusiyyətlərə malik qidaların istehlak həcmini əks etdirir. Məlumdur ki, orqanizmdə yüksək iltihab səviyyəsi bütün orqan və toxumalara mənfi təsir göstərir.

Məlumatlar toplandıqdan sonra iştirakçılar üzərində orta hesabla 77 ay davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində 536 nəfər müxtəlif səbəblərdən vəfat edib. Alimlər aşkar ediblər ki, sıfırdan yuxarı hər hansı Pİİ dəyəri ürək işemik xəstəliyi zamanı ölüm riskini artırır.

Tədqiqatçılar qeyd ediblər ki, iltihablandırıcı qidalara fastfud, sosiska, kolbasa, qənnadı məmulatları və çips kimi yağ və şəkərlə zəngin qidalar daxildir. Meyvə, tərəvəz, qoz-fındıq və balıq isə əksinə, iltihabı azaldır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 16.10.24 15:37