Avropa İttifaqı Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Median.Az bu barədə DPA agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, sanksiyalar İranın üç aviaşirkətinə - "Iran Air", "Saha Airlines" və "Mahan Air"ə qarşı sanksiyalar tətbiq edilib.
Aİ-dəki mənbə bildirib ki, sanksiyalar bu silahların istehsalı və tədarükü ilə bilavasitə əlaqəsi olan şirkətlər, qurumlar və şəxslərə də şamil ediləcək.