Hindistan altı kanadalı diplomatı ölkədən qovur » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |    

Hindistan altı kanadalı diplomatı ölkədən qovur

Hindistanın Xarici İşlər Nazirliyi altı kanadalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Qurum bununla bağlı rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, siyahıya səfir səlahiyyətlərini icra edən Stuart Ross Uiler, həmçinin onun müavini və dörd birinci katib daxildir.

Onlardan 19 oktyabr 2024-cü il, şənbə günü saat 23:59-a qədər Hindistanı tərk etmələri tələb edilib.

Buna cavab olaraq, Kanada hökuməti də altı hindistanlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Qeyd edək ki, daha əvvəl Hindistan respublikanın Kanadadakı səfiri Sanjay Kumar Verma və bəzi digər diplomatların təhlükəsizliklə bağlı narahatlıqlarına görə geri çağırıldığını açıqlamışdı. Kanada tərəfi Hindistan diplomatlarının Ottavada "Siqx" icmasının liderlərindən birini öldürmək planında iştirak etdiyini iddia edir. Hindistan bu bəyanatları əsassız və qəbuledilməz adlandıraraq, Kanada hakimiyyətini Hindistana qarşı ekstremizm, zorakılıq və separatizmi dəstəkləməkdə günahlandırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 15.10.24 13:03