Ukraynanın Lissabondakı səfirliyinin əməkdaşları partlayıcı qurğu təhlükəsi ilə əlaqədar təxliyə edilib.
"Report” xəbər verir ki, bu barədə "CNN Portugal” məlumat yayıb.
Qeyd edilib ki, məlumat elektron poçt vasitəsilə daxil olub.
Məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.