İranın “Behişti-Zəhra” qəbiristanlığından kabel və elektrik enerjisi oğurlamaqda şübhəli bilinən on nəfər həbs edilib.
Median.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Polis İdarəsinin başçısı Əli Qudarzipur bildirib.
Onun sözlərinə görə, saxlanılanlar tutduqları əməli etiraf ediblər: “Bu dəstənin dörd ay ərzində etdiyi qarət on milyard rial (240 min dollar) məbləğindədir”.
“Behişti-Zəhra” dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biridir.
Tehrandan altı kilometr cənubda yerləşən qəbiristanlıq 1970-ci il iyulun 25-də açılıb. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir.