İstanbulda iki qızı parçalayaraq vəhşicəsinə öldürən qatilin qonşusu yeni detalları açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |    

İstanbulda iki qızı parçalayaraq vəhşicəsinə öldürən qatilin qonşusu yeni detalları açıqladı

Türkiyənin İstanbul şəhərində özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edən Semih Çeliklə bağlı istintaqda yeni detallar üzə çıxıb.

Median.Az
"Turkiye gazetesi"nə istinadən xəbər verir ki, mətbuatda "Edirnekapı qatili" adını alan Çelikin qonşusu qətl günü baş verənləri ilk dəfə danışıb.

"Hadisə baş verən gün bağırtı səsləri eşitdim. Sonra saat ikinin yarısında Çeliki qazanxananın qapısında gördüm. Odun kimi görünürdü. Titrəyirdi. Ağappaq idi.

Mən Ölən qızı da görmüşdüm, gəlib gedirdi. O evdən əvvəllər də ara-bir qışqırıq səsləri gəlirdi. Ata qışqırır, söyürdü. Uşaq da atanın üstünə qışqırırdı. Nə ana, nə də ata bizə pislik edib. Amma hərdən qışqırırdılar", - deyə qonşu bildirib.

O, Çeliki "əməlli başlı dəli" deyə təsvir edib.

Xatırladaq ki, oktyabrın 5-də Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Qeyd edək ki, qatilin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir mesajlaşma tətbiqi üzərindən özlərini "incel" kateqoriyasına aid edən şəxslərlə əlaqə saxladığı ortaya çıxıb.

Məlumata görə, ingiliscə "involuntary celibacy" ("məcburi subaylıq") ifadəsinin qısaltması olan "incel" qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.

Həmçinin Semih Çelikin evində şeytani ünsürlərin və ayinlərin əks olunduğu şəkillər aşkarlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 09.10.24 12:16