Meksikanın Çilpansinqo şəhərinin meri Alexandro Arkosa vəzifəsinin icrasına başladıqdan altı gün sonra öldürülüb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Onun ölümünü Gerrero ştatının qubernatoru Evelin Salqado da təsdiqləyib.
Qubernatorun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb.
Hadisənin digər təfərrüatı hələlik məlum deyil.