Narin Güran cinayətində şok ifadə: "Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

Narin Güran cinayətində şok ifadə: "Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi"

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Median.Az
Türkiyə mətbuatına istinadən hadisənin yeni təfərrüatı barədə xəbər verir.

Narinin cəsədini dərə yatağına basdıraraq gizlədən və cinayətdə şübhəlilərdən olan Nevzat Bahtiyar bildirib ki, Narinin əmisi Salim Güran onu oğlunu öldürməklə hədələyib.

"Salim məni solda yerləşən otaqlardan birinə apardığında Narinin yerdə hərəkətsiz uzanmış vəziyyətdə olduğunu gördüm. Xatırladığım qədəri ilə Narinin ağzında köpük şəklində bir maye var idi. Salim mənə dedi ki, Yüksəllə birlikdə olduğumuzu qız gördüyü üçün onu öldürmüşəm. Daha sonra məni də özünə cinayət ortağı eləməklə hədələdi. Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi", - deyə Nevzat Bahtiyar qeyd edib.

Bununla yanaşı, Türkiyənin ədliyyə tibb qurumu Narinin ölüm səbəbi kimi ağız-burnunun qapadılaraq boğulmasını təsdiqləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 21.09.24 17:31