Mojo.az Banner
12:00 ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib  |     11:49 Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi dəyişdirilir  |     11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |     11:17 Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü  |     23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |     22:07 "Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?  |     21:57 Hava kəskin pisləşəcək: şaxta olacaq  |     21:48 ​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verildi  |     21:39 Zabit Səmədov: "Facebook" mesajları məni rinqə qaytardı"  |     21:31 Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı  |     21:26 Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər  |     21:18 Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq  |     21:13 Azərbaycanda halı pisləşən professor qəfil öldü  |    
Left Banner
Right Banner

Qasırğaya görə 1 milyon nəfər təxliyə olundu

06.09.2024 19:42 843
Qasırğaya görə 1 milyon nəfər təxliyə olundu
Çinin cənub sahillərinə yaxınlaşan güclü “Yaqi” qasırğası ilə əlaqədar təxminən bir milyon sakin təxliyə edilib.
 
Median.Az xəbər verir ki, ilin 11-ci qasırğası olan “Yaqi” sentyabrın 6-da 16:20-də Haynan adasının Vençan şəhərinə çatıb. Küləyin sürəti saniyədə 62 metr təşkil edib. Proqnozlara görə şimala doğru hərəkət edən qasırğa təkcə Haynan adasında deyil, Quandon və Quansi əyalətlərində, Honkonq xüsusi inzibati ərazisində də ciddi fəsadlar törədəcək. Çinin Milli Meteorologiya Mərkəzi “qırmızı” səviyyədə xəbərdarlıq elan edib, müvafiq qurumlara qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Turizm məkanları bağlanıb, dənizdəki 85 min balıqçı qayığı sahilə qayıdıb, gəmi səfərləri, 141 qatar reysi təxirə salınıb, bəzi yaşayış məntəqələrində məktəblər bağlanıb.
 
Qasırğanın sentyabrın 7-də səhər saatlarında 2-ci dəfə quruya yaxınlaşması gözlənilir. Bu səbəbdən Haynan adasında 420 min, Quandon əyalətində isə 570 min sakin təxliyə edilib. Mümkün fəsadlarla mübarizəyə mülki müdafiə qüvvələri, habelə texniki və tibbi briqadalar cəlb olunub.скачать dle 11.3