Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı

04.02.2026 21:31 537
Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı
Məşhur investor və milyarder Uorren Baffet uşaq böyütməklə bağlı məsləhətlərini bir cümləyə sığışdırıb: "Yaxşı uşaqlar istəyirsinizsə, yaxşı valideyn olun".

Qaynarinfo xəbər verir ki, Inc.com saytının yazdığına görə, bu, bayağı səslənsə də, uşaq inkişafı ilə bağlı tədqiqatlar bu yanaşmanın effektivliyini təsdiqləyir.

95 yaşlı "Berkshire Hathaway" rəhbəri danışıb ki, gənclik illərində tez-tez pis davranıb, amma atası - birja makleri və konqresmen - sakit reaksiya verib: "Bilirəm, sən daha yaxşı edə bilərsən".

Bu sakit, konfliktsiz yanaşma Baffetə səhvlərini anlamasına və emosional zəkanın inkişafına kömək edib.

"Bəzi pis şeylər barədə dərs oxumuruz, əgər özümüz də onları edirik", deyə Baffet izah edir. Uşaqlar valideynlərin davranışlarını müşahidə edərək dəyərləri və normaları əlavə nəzarət və ya konflikt olmadan mənimsəyirlər.

Elmi təsdiq

"Developmental Psychology" jurnalında dərc olunmuş tədqiqat göstərib ki, empatiya, dürüstlük və emosional zəka nəsildən-nəsilə ötürülür. Valideynlər bu dəyərləri öz nümunələri ilə nümayiş etdirdikdə, uşaqlar da bu keyfiyyətləri öyrənir və böyüklükdə davam etdirirlər.

Yeni Zelandiyada 40 ildən uzun müddət aparılmış digər tədqiqat isə göstərib ki, kognitiv nəzarət – yəni öz emosiyalarını idarə etmək və düşünülmüş qərarlar qəbul etmək qabiliyyəti – böyüklükdə maliyyə və həyat uğurunun əsas amilidir, hətta IQ və ya ailənin sərvətindən daha vacibdir.

Baffetin tərbiyə yanaşmasını belə ümumiləşdirmək olar: dəyərlərinizə uyğun yaşayın və uşaqlara gündəlik həyatınızda yaxşılıq, dürüstlük və məsuliyyət nümunəsini göstərin. Uşaqlar bunu müşahidə edərək davranış və dəyərləri mənimsəyir, nəticədə emosional cəhətdən yetkin, yaxşı və uğurlu insanlar olurlar.

Son xəbərlər