Durovdan etiraf: Həbs olunmazdan əvvəl kimlərlə əlaqə saxlayıb və Dubayda kimlərlə görüşüb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:46 Hərbi xidmətə çağırılan şəxslərin NƏZƏRİNƏ  |     18:35 "Yeni pandemiya qapını döyür" - ABŞ-dan xəbərdarlıq  |     18:31 Hindistanlı şahmatçı tarixin ən gənc dünya çempionu oldu  |     18:26 İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı - Özünə biznes qurdu  |     18:05 Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi  |     17:50 Bakıda şirkətin soyuducularını satıb pulunu "yedilər"  |     17:37 Professor: "Səhiyyənin iki qurum tərəfindən idarə olunması işləri korlayır"  |     17:29 Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ  |     16:47 "Kartdan-karta" üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     15:28 Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar  |     14:37 Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)  |     14:34 "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub  |     14:28 Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı - ŞOK QİYMƏT (FOTO)  |     14:24 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR  |     14:18 Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO  |     14:09 Son günlər metroda nə baş verir? - VİDEO  |     14:08 Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)  |     14:04 Azərbaycan neftinin qiyməti 76 dolları ötdü  |     13:55 Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər  |     13:35 Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb  |    

Durovdan etiraf: Həbs olunmazdan əvvəl kimlərlə əlaqə saxlayıb və Dubayda kimlərlə görüşüb?

"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov Parisdə dindirilərkən Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) nümayəndələri ilə əlaqə saxladığını, xüsusən də onlarla Dubayda görüşdüyünü deyib.

Bu barədə "Libération" qəzeti mənbəyə istinadən məlumat verib.

Bu görüşdə Durov açıq şəkildə bildirib ki, hərbi sirr təşkil edən məlumatları açıqlamaq onun üçün yersiz olardı. Söhbətin konkret olaraq nədən getdiyini isə qəzet izah etmir.

Bundan əlavə, mənbənin qeyd etdiyi kimi, Pavel Durov terrorizmlə mübarizə çərçivəsində DGSI ilə qaynar xətt və xüsusi e-poçt ünvanı olan rəsmi əlaqə kanalı açdığını deyib. Onun sözlərinə görə, bu kanallar vasitəsilə informasiya mübadiləsi hətta bir neçə terror aktının qarşısının alınmasına imkan yaradıb.

Həbs edildikdən sonra Durov əməkdaşlığa hazır olduğunu bildirib və hüquq-mühafizə orqanlarına mobil telefonunu və telefona giriş kodunu təqdim edib.

Hadisə ilə bağlı Yelisey Sarayına xəbərdarlıq edilib və Fransa Prezidenti Emmanuel Makron avqustun 25-də Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanla vəziyyəti müzakirə edib.

Durovun Fransa vətəndaşlığına gəlincə, onun "Telegram" həmtəsisçisinə verilməsi qərarı Makrona məxsus olub. Belqrada səfəri zamanı keçirdiyi mətbuat konfransında Makron bəyan edib ki, bu addımı tamamilə haqlı hesab edir.

Eyni zamanda, daha əvvəl bildirilmişdi ki, Durov lazımi meyarlara cavab vermədiyi üçün Fransa vətəndaşlığı üçün müraciət edərkən bir neçə dəfə rədd cavabı alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 31.08.24 18:20