Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |     11:12 Nohur gölündə batan kişinin meyiti tapıldı  |     23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |    

Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər

Paytaxtda vətəndaşların yarım milyon manata yaxın pulunu mənimsəyən Günay Həziyevanın cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrlik etdiyi iclasda cinayət işində zərərçəkən kimi tanınan şəxslərin ifadələri dinlənilib. Məlum olub ki, təqsirləndirilən tərəfdən aldadılan şəxslər yaxın qohumlardır.

Günay Həziyeva müxtəlif bəhanələrlə Sevinc Binnətova, Sevda Əzimova, Nazilə Əzimova və Cəmilə Zeynalovadan ayrı-ayrı vaxtlarda, qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 328 000 manat mənimsəyib.

Zərərçəkənlərin məhkəmədə verdikləri ifadələrdən məlum olub ki, təqsirləndirilən Günay Həziyeva qurbanlarına qarşı dələduzluq edərkən millət vəkili Zahid Orucun adından da istifadə edib. O bununla da deputatla yaxın münasibətdə olduğunu və ona hər bir işində yaxından kömək göstərdiyini bildirib. Mənimsənilən pulların əksəriyyəti satmaq məqsədilə zərərçəkənlərdən alınan qızıl zinət əşyalarının pulu olub. Günay Həziyeva qızıl alveri ilə məşğul olan zərərçəkənlərdən zinət əşyalarını satmaq adı ilə alaraq mənimsəməkdə təqsirləndirilir. O bundan başqa həyat yoldaşı Səbuhi Həziyevin maşın alveri ilə məşğul olduğunu və bu işdən yaxşı qazanc əldə edə biləcəklərini deyərək zərərçəkənlərdən yatırım etmək üçün müxtəlif məbləğlərdə pullar alaraq mənimsəyib.

Növbəti məhkəmə prosesi dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı 178.2.4-cü maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 12.12.24 13:55