Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |     13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |    

Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı İbadovaya və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            288 12.12.24 14:24