"Yeni pandemiya qapını döyür" - ABŞ-dan xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |     20:11 Aİ Suriyaya humanitar yardımı artırmağa hazırdır  |     20:03 Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq  |     19:56 Rusiyanın iki güləşçisi antidopinq qaydalarını pozduqlarına görə cəzalandırılıblar  |     19:50 İranda qadın müğənni hicab taxmadan səhnəyə çıxıb  |     19:42 Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək  |     19:37 "Teleradio" İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub  |    

"Yeni pandemiya qapını döyür" - ABŞ-dan xəbərdarlıq

ABŞ-da inəklər arasında yayılan və insanlara keçə bilən H5N1 quş qripi virusu mutasiya əlamətləri göstərir. Mütəxəssislər quş qripinun hər an yeni bir pandemiyaya səbəb ola biləcəyi ilə bağlə xəbərdarlıq edib.

Fransa mətbuat agentliyi AFP-nin xəbərinə görə, növbəti pandemiya quş qripi virusu (H5N1) ola bilər.

"Science" jurnalında dərc olunan araşdırmada ABŞ-da inəklərə təsir edən quş qripi virusunun insanlar arasında daha sürətli yayılmasının yalnız bir mutasiyaya bağlı olduğu qeyd edilib. ABŞ-da quş qripi ilə yoluxmuş 58 nəfərdən ikisinin heyvanlarla birbaşa təmasının olmadığı müəyyən edilib, bu isə virusun yayılması ilə bağlı narahatlıqları artırıb.

SAS İnstitutundan epidemioloq Meq Şeffer bildirib ki, "quş qripi hər an pandemiya yarada bilər" fikrini təsdiqləyən bir neçə faktor var. Qlazqo Universitetindən virusoloq Ed Hatçinson isə bunun H5N1-in bizim üçün daha təhlükəli hala gəlməsinə yalnız bir addım uzaqlıqda olduğunu göstərdiyini vurğulayıb. O, quş qripi ilə yoluxmuş bir gəncin genetik dizisinin virusun hüceyrələrə daha yaxşı bağlanmaq üçün təkamülə başladığını sübut etdiyini qeyd edib. Hatçinson əlavə edib ki, H5N1-in nəzarətsiz yayılmasına icazə verilməsi insanlarda asanlıqla infeksiyalara səbəb ola bilər və belə bir pandemiya olduqca ağır keçər, çünki insanlarda bu virusa qarşı güclü immunitet yoxdur.

Ölümcül quş qripi növü H5N1 ilk dəfə 1996-cı ildə Çində aşkarlanıb və son dörd ildə sürətlə yayılaraq hətta Antarktika kimi toxunulmamış bölgələrə də çatıb. Dünya Heyvan Sağlamlığı Təşkilatı 2021-ci ildən bu yana 300 milyondan çox ev quşunun məhv edildiyini, 79 ölkədə isə 315 vəhşi quş növünün öldüyünü bildirib. Yoluxmuş quşları yeyən məməlilər, məsələn, suitilər arasında da kütləvi ölümlər baş verib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri qeydə alınmış 904 H5N1 yoluxma hadisəsinin yarısı ölümcül olub.

Pandemiya riski səbəbindən ABŞ Kənd Təsərrüfatı Nazirliyi çiy südlərdə quş qripi testi aparmağı məcburi edib. Pastörizə edilməmiş südün H5N1 virusunun ötürülməsi baxımından ciddi risk yaratdığı məlumdur. Bununla yanaşı, ABŞ Prezidenti seçilən Donald Trampın Səhiyyə Nazirliyinə namizəd göstərdiyi Robert F. Kennedinin vaksin əleyhdarı və çiy süd tərəfdarı olması əlavə narahatlıq doğurur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ildə malariya xəstəliyindən 597 min nəfər həyatını itirib. Mütəxəssislər, dərmanlara davamlılıq, iqlim dəyişiklikləri və humanitar fəlakətlərin bioloji təhlükələri nəzarət altına almağı çətinləşdirdiyini bildirib. Ötən il dünya üzrə 263 milyon malariya hadisəsi qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 11 milyon çoxdur. Bu halların 94%-i Afrika qitəsində qeydə alınıb.
//qaynar.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 12.12.24 18:35