Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın |
Mojo.az Avto
Mojo.az Avto

Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)

12.12.2024 20:39 2 247
Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)
Argentinanın məşhur "Fox Sports Argentina" kanalı futbolçu Lionel Messinin Bakıya səfəri barədə paylaşım edib.

Kanalın X (keçmiş "Twitter") səhifəsində bununla bağlı paylaşım olunub.

"Lionel Messi hazırda Azərbaycandadır və xeyriyyə səfəri çərçivəsində ölkəyə gəlib. Səfər zamanı ona üzərində öz portreti toxunmuş xalça hədiyyə edilib. "10 nömrə" bu jestdən çox məmnun qalıb və onun sevincini üzündən oxumaq mümkündür".



Qeyd edək ki, ötən gün Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya səfər edib. Əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.

Onu da qeyd edək ki, Bakı Kristal Zalında baş tutan tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

"Fox Sports Argentina" Argentinada fəaliyyət göstərən məşhur idman televiziya kanalıdır. Kanal 1995-ci ildə yaradılıb və 2019-cu ildə Disney tərəfindən alınıb.

//qaynar.az

Son xəbərlər