Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:36 "Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edildi  |     19:08 IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır  |     18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |     17:00 Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi  |     16:57 Bakı həbsxanasında daha bir ÖLÜM  |     16:40 Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır  |     16:37 "Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU  |     14:51 Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı  |     13:42 Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ  |     13:32 DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?  |     13:30 Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı - FOTO  |     13:27 FHN: "Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub"  |     13:26 Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu  |     13:21 Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?  |     13:08 COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR  |    

Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı

Sovet kinosunun əfsanəvi aktrisası və Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya ona yeni diaqnoz qoyulmuş onkoloji xəstəliyin müalicəsindən imtina edib.

Oxu.az-ın "Mash" "Telegram" kanalının verdiyi məlumata görə, bu barədə aktrisanın ailəsinə yaxın mənbələrdən xəbər verilib.

Bildirilib ki, biopsiya orqanizmin toxumalarına sürətlə yayılan və zərər verən aqressiv xərçəng formasının əlamətlərini aşkar edib. Həkimlər dərhal müalicəyə başlamağı təkid etsələr də, 84 yaşlı Svetlana Afanasyevna həkimlərin bütün təkliflərini qəti şəkildə rədd edib.

"Brilyant əl" və "Baharın on yeddi anı" filmlərinin ulduzu baş, qulaq və boğazda dözülməz ağrılardan, həmçinin zəiflikdən əziyyət çəkir və görmə qabiliyyəti xeyli pisləşib. Narahatedici simptomlara baxmayaraq, Svetliçnaya vəziyyətinin daha da pisləşməsi qorxusundan müalicə olunmayacağını bildirib.

Həkimlər aktrisanın yaşını və vəziyyətini nəzərə alaraq əməliyyatda təkid etməməyi qərara alıblar. Bunun əvəzinə onlar ağrını yüngülləşdirməyə və xəstəliyin inkişafını ləngitməyə kömək edəcək dəstəkləyici dərman terapiyası təyin edəcəklər.

Daha əvvəl KİV Svetlana Svetliçnayanın boynunda iki dəfə böyümüş limfa düyünlərinin aşkar edildiyini və USM-in üçsantimetrlik şişin olduğunu göstərdiyini bildirmişdi. Daha sonra beyin şəkillərində yeni törəmə aşkar edilib ki, bu da kino əfsanəsinin psixiatriya klinikasına düşməsinə səbəb ola bilərdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            441 13.08.24 11:59