Ermənistan KTMT təlimlərinə məhəl qoymadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

Ermənistan KTMT təlimlərinə məhəl qoymadı

Avqustun 14-dən 16-dək Novosibirskdə (Rusiya) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" təlimləri keçiriləcək.

Bu barədə Rusiya Qvardiyasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təlimdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan hərbi birliklər iştirak edəcəklər.

"Təlim iştirakçıları üç gün ərzində təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət vərdişlərini təkmilləşdirəcəklər", - deyə qeyd olunub.

Məlumatda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın sözügedən təlimlərdə iştirakına dair informasiya yer almayıb.

Qeyd edək ki, hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu açıqlamalarından birində bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 05.08.24 13:44