Keniyanın paytaxtı Nayrobidə və böyük şəhərlərində - Miolonqo, Maiyaki Vey, Miqori, Kisumu, Nakuruda vergi artımı ilə bağlı qanun layihəsinə etirazlar yenidən başlayıb.
Bu barədə yerli "Citizen" telekanalı məlumat yayıb.
Bildirilib ki, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.
Etirazçılar əvvəllər maliyyə haqqında mübahisəli qanun layihəsinin geri çağırılması prosesinin rəsmi təşəbbüskarı olan Keniya Prezidenti Uilyam Rutonun istefası üçün şüarlar səsləndirirlər.
Ölkə ordusu zirehli avtomobillə Kisumu şəhərindəki etiraz aksiyası yerinə gedib.
Qeyd edək ki, daha əvvəl Keniyada hökumət əleyhinə etirazlarda azı 39 nəfər ölüb, 361 nəfər yaralanıb.