ATƏT PA-nın baş katibi məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:16 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib  |     16:59 Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO  |     16:33 Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq  |     15:49 Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə TƏSDİQLƏNDİ  |     13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |     20:34 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |     20:27 Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər  |    

ATƏT PA-nın baş katibi məlum oldu

Roberto Montella yenidən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) baş katibi vəzifəsinə seçilib.

Bu barədə ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Roberto Montellanın yeni mandatı 2026-cı il yanvarın 1-dən başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Baş katib Assambleyanın işlərinin idarə edilməsi, katibliyin fəaliyyət effektivliyinin təminatı və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət, həmçinin büronun, daimi komitənin və assambleyanın qərarlarının yerinə yetirilməsi üzrə ümumi məsuliyyət daşıyır.

Xatırladaq ki, Roberto Montella ilk dəfə bu vəzifəni 2016-cı ilin yanvarında tutub. 2019-cu ildə Daimi Komitə onu 2021-ci il yanvarın 1-dən başlayan ikinci beşillik müddətə yenidən seçib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 29.06.24 17:13