Fransa parlament seçkisi ərəfəsindədir. Ölkədə İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq sağçı hökumət seçkidə irəli keçə bilər. Belə bir halda ölkəni nələr gözləyir? Fransa Prezidenti Makron nələrlə üzləşə bilər? Seçkinin ilk turu bu bazar həyata keçəcək.
Bu barədə Türkiyənin "Haber Global" kanalı süjet hazırlayıb.
Sorğulara görə, sağçı Marin Le Penin "Milli Birlik" partiyası birinci turda səslərin 35%-ni toplaya bilər. Solçuların partiyası 29%, Fransa Prezidenti Makronun partiyasının 20% səs toplayacağı gözlənilir.
Sağçı Le Penin ən çox səs toplayacağına və seçkidə qalib gələcəyinə inananlar daha çoxdur.
Ətraflı süjetdə: