Hindistan və ABŞ “Javelin” raket sistemlərinin birgə istehsalını qura bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |     13:49 Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub  |     13:46 Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz - MÜHÜM QƏRAR  |     13:16 Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu  |     13:15 Milli Məclis Səudiyyə Ərəbistanı ilə bağlı memorandumu TƏSDİQLƏDİ  |     13:10 17 kq marixuana aşkarlandı: Əməliyyat yerindən görüntülər - VİDEO  |     12:55 Ukraynada hökumətin yaxın günlərdə istefası gözlənilir  |     12:54 Tovuzda narkokuryerlər saxlanılıblar  |     12:51 Daha bir futbolçu avtomobil qəzası keçirib - Vəziyyəti kritikdir  |     12:50 Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaqlar  |     12:49 Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır  |     12:33 Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi  |     12:31 "Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək  |     12:11 Professorun oğlu faciəli şəkildə öldü - FOTO  |     12:10 Rusiyada 14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı  |    

Hindistan və ABŞ “Javelin” raket sistemlərinin birgə istehsalını qura bilər

Hindistan və ABŞ Asiya ölkəsinin ərazisində “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin birgə istehsalının təşkili imkanlarını müzakirə edirlər.

Bu barədə ANI agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin yüksək səviyyəli nümayəndə heyətinin Yeni Dehliyə son səfərlərindən birində tərəflər bu mövzuda danışıqlar aparıblar.

Agentlik qeyd edir ki, Hindistanda “Javelin”in mümkün birgə istehsalı ilə bağlı müzakirələr ilkin mərhələdədir, Asiya ölkəsi bu məsələ ilə bağlı yekun qərarını verməyib.

Qeyd edək ki, Hindistan tərəfi ordusunda tank əleyhinə raket sistemlərinə artan ehtiyacları ödəmək məqsədilə bu sahədə tərəfdaş axtarmağa başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            978 25.06.24 19:04