Mojo.az Banner
20:45 Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər  |     20:38 Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı - VİDEO  |     20:30 Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? – Araşdırma  |     20:22 Damarı tapılmadığı üçün edam ləğv edildi  |     20:15 Azərbaycanda yeni universitet yaradılacaq  |     20:08 Putindən Azərbaycanla bağlı maraqlı sözlər  |     19:59 Çiyələk bu hallarda ölümcül ola bilər - Diqqətli olun  |     19:52 Çeçenistan və Dağıstanda daşqınlarda 1 nəfər ölüb - 2 nəfər yaralanıb  |     19:46 Bakıda “Hindistan və Azərbaycan arasında Mədəni Körpülər” adlı sərginin açılışı olub  |     19:31 Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT  |     19:26 Hava pisləşəcək: yağış yağacaq  |     19:20 Naxçıvanda həkim vəfat etdi  |     19:12 Ev alqı-satqısı adı ilə dələduzluq edən şəxs hakim qarşısında  |     19:05 134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb  |     18:57 Azad edilmiş ərazilərdə daha 78 mina aşkarlandı  |     18:39 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:35 Türkiyədən gələn yük maşınında 1,5 milyonluq siqaret aşkarlandı  |     18:19 "Sabah"ın futbolçusu dünya çempionatına yollanır  |     17:34 Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ  |     17:21 Prezidentdən soyuducu anbarlarla bağlı TAPŞIRIQ  |    
Left Banner
Right Banner

Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq

02.04.2024 22:40 1 821
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq
Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburq şəhərində ucaldılacaq.

Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

"Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq işləri aparacağıq”, - qubernator bildirib.

Qeyd edək ki, Ü.Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alır. Sankt-Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol oynayıb. Məhz bu zaman o, "Arşın mal alan” musiqili komediyasını yazıb.

Mənbə: TASSскачать dle 11.3
Mojo.az Banner