NATO Ukrayna üzərində Rusiya raketlərini vurmağa başlaya bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

NATO Ukrayna üzərində Rusiya raketlərini vurmağa başlaya bilər

NATO Şimali Atlantika Alyansı ölkələrinin sərhədlərinə, xüsusən də Ukrayna üzərindən yaxınlaşarkən Rusiya raketlərinin vurulması imkanlarını öyrənir.

Qaynarinfo xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Anjey Şeyna deyib.

"NATO daxilində müxtəlif konsepsiyalar, o cümlədən NATO sərhədinə çox yaxın uçan bu cür raketlərin vurulması ideyası təhlil edilir" deyə Şeyna RMF24 radiostansiyasında bildirib.

Bununla belə, Ukrayna ərazisi üzərində raketlərin məhv edilməsi vəziyyətində müvafiq qərar "yalnız Ukrayna tərəfinin razılığı ilə və onun beynəlxalq nəticələrini nəzərə almaqla” qəbul edilə bilər”, deyə Şeyna vurğulayıb.

Onun sözlərinə görə, Rusiya qəsdən Polşa sərhədlərini yoxlayır, lakin eyni zamanda rus ordusu bilir ki, "raket Polşaya doğru irəliləsə, vurulacaq”. "Plan müdafiə gücünü və Polşa silahlı qüvvələrinin sayıqlığını yoxlamaq idi", deyə diplomat bildirib.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin məlumatına görə, bazar günü, martın 24-nə keçən gecə Rusiyadan buraxılan qanadlı raket Ukrayna ilə sərhəddə Polşanın hava məkanını pozaraq 39 saniyə orada qalıb. Bu, Lüblin voyevodalığının Oserdov bölgəsində baş verib.

Rusiya Müdafiə Nazirliyi Polşa mətbuatında yayılan xəbərləri və rəsmilərin bu barədə açıqlamalarını "vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribat” adlandırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 26.03.24 20:37