Türkiyədə mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat ölkənin 7 vilayətində eyni vaxtda keçirilib.
"Liderləri Özay Çetin və Mert Çetin də daxil olmaqla, ümumilikdə 109 qrup üzvü saxlanılıb", - o yazıb.