Ukrayna Zaporojya Atom Elektrik Stansiyasına hücum etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür  |     21:50 Goranboyda yol qəzası olub, xəsarət alan var  |     21:33 İnsultdan bir neçə gün əvvəl ortaya çıxan ÜÇ ƏLAMƏT  |     21:24 Kartof qızartmasını belə bişirin – Möhtəşəm olacaq  |     21:17 NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO  |     21:10 İçməli su alanda nələrə diqqət etməliyik?  |     21:03 Qayğanağı daha dadlı edəcək məhsul açıqlandı  |     20:58 Əlüzyuyanı ərpdən təmizləməyin effektiv yolu  |     20:51 "Quseynoff" MMC-nin sahibi Emin Hüseynov yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO  |     20:50 İcbari tibbi sığortadan imtina etmək olar? – CAVAB  |     20:44 Qırmızı üzüm insanı bağırsaq xərçəngindən qoruyur  |     20:36 Köhnə Samsunglarda bu proqram işləməyəcək - 23 dekabr son gündür  |     20:30 Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub  |     20:25 Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb  |     20:18 Oğurluq edərkən tutulan NBA ulduzu saxlanıldı  |     20:10 İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb  |     20:03 Sabah Bakıda hava yağmursuz keçəcək  |     19:57 Ekvador millisinin futbolçusu 22 yaşında vəfat edib  |     19:39 Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb  |     19:31 Kriştianu Ronaldu növbəti mükafatını alıb  |    

Ukrayna Zaporojya Atom Elektrik Stansiyasına hücum etdi

Ukrayna ordusu Zaporojya Atom Elektrik Stansiyasına hücum edib.

Bunu Zaporojya Atom Elektrik Stansiyasının sosial media hesabından açıqlama verilib.

Açıqlamada zavodun kritik infrastrukturuna hücum edildiyi ifadə edilərək, "Dizel yanacağı çənlərinin arxasındakı əraziyə partlayıcı atıldı. Zavodun kritik infrastrukturuna da artilleriya atəşi açıldı. Əgər tankları vurdular, bu çox ağır nəticələrə səbəb ola bilər”, - deyə qiymətləndirmə edilib.

Ümumilikdə 6 nüvə reaktoru və 5700 meqavat saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Xatırladaq ki, Zaporojya Atom Elektrik Stansiyası 2022-ci ildə ruslar tərəfindən ələ keçirilib.

Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları edilir. Ukrayna və Rusiya bu hücumlara görə bir-birini günahlandırır.
//azxeberскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            687 14.03.24 19:03