“Adidas” 32 ildən sonra ilk dəfə zərərə düşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür  |     21:50 Goranboyda yol qəzası olub, xəsarət alan var  |     21:33 İnsultdan bir neçə gün əvvəl ortaya çıxan ÜÇ ƏLAMƏT  |     21:24 Kartof qızartmasını belə bişirin – Möhtəşəm olacaq  |     21:17 NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO  |     21:10 İçməli su alanda nələrə diqqət etməliyik?  |     21:03 Qayğanağı daha dadlı edəcək məhsul açıqlandı  |     20:58 Əlüzyuyanı ərpdən təmizləməyin effektiv yolu  |     20:51 "Quseynoff" MMC-nin sahibi Emin Hüseynov yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO  |     20:50 İcbari tibbi sığortadan imtina etmək olar? – CAVAB  |     20:44 Qırmızı üzüm insanı bağırsaq xərçəngindən qoruyur  |     20:36 Köhnə Samsunglarda bu proqram işləməyəcək - 23 dekabr son gündür  |     20:30 Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub  |     20:25 Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb  |     20:18 Oğurluq edərkən tutulan NBA ulduzu saxlanıldı  |     20:10 İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb  |     20:03 Sabah Bakıda hava yağmursuz keçəcək  |     19:57 Ekvador millisinin futbolçusu 22 yaşında vəfat edib  |     19:39 Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb  |     19:31 Kriştianu Ronaldu növbəti mükafatını alıb  |    

“Adidas” 32 ildən sonra ilk dəfə zərərə düşdü

İdman malları istehsalçısı “Adidas” 2023-cü ilin sonunda xalis itki ilə üzləşib ki, bu da 1992-ci ildən bəri ilk haldır.

Bu barədə şirkətin 2023-cü il üzrə maliyyə hesabatında deyilir.

2023-cü ilin sonunda onun xalis zərəri 14 milyon avro, davam edən fəaliyyətlərdən maliyyə itkiləri isə 58 milyon avroya çatıb. Halbuki, bir il əvvəl “Adidas” 638 milyon avro xalis mənfəət açıqlayıb.

İtkilərin əsas səbəbi “Adidas” ilə amerikalı hip-hop sənətçisi Kanye Vestin “Yeezy” brendi arasında əməkdaşlığın kəsilməsi olub. Şirkətin hesablamalarına görə, brendin məhsullarının qalan hissəsi maya dəyəri ilə satılır.

2024-cü ildə “Adidas” əməliyyat mənfəətində 500 milyon avro səviyyəsinə çatmağı planlaşdırır. Alman şirkətinin direktorlar şurası itkilərə baxmayaraq, dividend ödənişlərini hər səhm üçün 70 avro sent səviyyəsində saxlamaq niyyətindədir.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 13.03.24 22:54