Qəzzada ölənlərin sayı 31,3 min nəfərə yaxınlaşıb.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi xəbər verib.
Bildirilir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri Qəzza zolağında azı 31 272 nəfər ölüb, 73 024 nəfər isə yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
Mənbə: TASS