BVF-nin rəhbəri: Süni intellekt dünyada iş yerlərinin sayını azalda bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

BVF-nin rəhbəri: Süni intellekt dünyada iş yerlərinin sayını azalda bilər

Süni intellektin gələcək inkişafı dünyada iş yerlərinin azalmasına, eləcə də bərabərsizliyin artmasına səbəb ola bilər.

Bu cür qiymətləndirmələri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva maliyyə institutunun saytındakı bloqunda edib.

"Süni intellekt dünyada iş yerlərinin təxminən 40 %-nə təsir edəcək, bəzilərini əvəz edəcək və digərlərini tamamlayacaq. Onun potensialından istifadə etmək üçün bizim ağıllı siyasət balansına ehtiyacımız var. Biz məhsuldarlığı artıra, qlobal iqtisadi artımı sürətləndirə və gəlirləri artıra biləcək texnoloji inqilabın astanasındayıq. Lakin bu, həm də iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, - Georgiyeva vurğulayıb.

Onun sözlərinə görə, süni intellekt inkişafının qlobal iqtisadiyyata təsirini “proqnozlaşdırmaq çətindir”, çünki bu, “çox mürəkkəb şəkildə” baş verəcək.

"Nəticələr təəccüblüdür: qlobal məşğulluğun demək olar, 40 %-i süni intellektdən təsirlənir", - fondun rəhbəri əlavə edib. Georgiyeva süni intellektin yüksək ixtisaslı işlərə təsir göstərməsi səbəbindən "inkişaf etmiş iqtisadiyyatı olan ölkələrin inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələrlə müqayisədə böyük risklərlə üzləşdiklərini deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            762 15.01.24 19:49