Ermənistan İstintaq Komitəsi ordunun əsgəri Benyamin Manuçaryanın ölümü ilə bağlı cinayət işi açıb.
Bu barədə Ermənistan KİV Komitənin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Cinayət işi bir insanın ölümünə səbəb olan hərbi vəzifə səhlənkarlığı əsasında başlayıb.
Hərbçi ilə əlaqə yanvarın 13-də döyüş mövqelərindən daimi dislokasiya yerinə qayıdarkən kəsilib. Ertəsi gün onun meyiti Sünik rayonunun (Zəngəzur) Sxuni kəndi yaxınlığında uçqun altından çıxarılıb. İstintaq çərçivəsində məhkəmə-tibbi ekspertizası təyin edilib, hadisənin hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir.