İqlimşünaslar Şimal yarımkürəsində qlobal temperatur artımını müşahidə edirlər. 2024-cü ilin may ayında yeni temperatur rekordları gözlənilir.
Median.Az publika.az-a istinadən xəbər verir ki, uzun müddət NASA-da işləyən alim Ceyms Hansenin kritik hədd olan '1,5 dərəcə' ilə bağlı yeni xəbərdarlıqları qorxu yaradıb. Paris İqlim Sazişində müəyyən edilmiş beynəlxalq səviyyədə qəbul edilmiş 1,5 dərəcə həddi gözləniləndən tez keçmək böyük risklər yaradır.
Hansen günəşdən gələn enerji ilə yerdən gələn enerji arasındakı balanssızlığın son 10 ildə demək olar ki, iki dəfə artdığını diqqətə çatdırıb. Həmçinin xəbərdarlıq edib ki, artım dəniz səviyyəsinin ciddi şəkildə qalxmasına səbəb ola bilər.
Zəlzələ Araşdırma İnstitutunun Meteorologiya Laboratoriyasının rəhbəri Adil Tek ölçmələrin necə aparıldığı barədə məlumatlar verib:
"Atmosferdəki karbon qazı dünyanın bir çox fərqli nöqtəsində ölçülür. Ancaq ən vacib stansiyalardan biri Sakit okeandakı Mauona Loa stansiyasıdır. 1950-ci illərdə ölçmələr 240 PPM səviyyəsində olduğu halda, bu gün 440 PPM-ə yüksəlib. Bu stansiya Sakit okeanda sənayenin olmadığı və yaşayış məntəqəsinin az olduğu bir yerdədir. Biz bunu azad atmosfer şəraiti adlandırırıq. Burada edilən ölçmələr vacibdir. 2050-ci illərdə bunun 480-500 PPM-ə qədər artacağını görürük. Dünya bundan necə təsirlənəcək? Bu, əlbəttə ki, dəniz səviyyəsinin artmasına səbəb olacaq."