Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma “BMJ Oncology” jurnalında dərc olunub.
Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika, Avstraliya və Qərbi Avropada 50 yaşdan aşağı xərçəng xəstələrinin sayının kəskin artdığını göstərir.
“İndi daha çox gənclər xərçəng olurlar. Bu, ətraf mühitdə dəyişikliyə, qidalanmamıza, dərmanlarımıza və ya hələ təyin etmədiyimiz şeylərə görə ola bilər”, - deyə Nyu-Yorkdakı Memorial Sloan Kettering Xərçəng Mərkəzinin həkimi Andrea Çerçek bildirib.
Bu, tibb mütəxəssislərini çıxılmaz vəziyyətə salıb. Həkimlər səbəblərin həyat tərzinin dəyişməsində - qeyri-kafi fiziki aktivlik, çoxlu sayda yüksək emal olunmuş qida, yeni toksinlərin, mikroplastiklərin meydana çıxması və köklükdən əziyyət çəkən insanların sayının artmasında olduğunu qeyd ediblər.
Mənbə: gazeta.ru