Büdcə vəsaiti olmadığı üçün ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırıb.
Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.
Vaşinqtonun Kiyevə silah tədarükü məsələsini şərh edən Ağ Evin nümayəndəsi “Bəli. Biz mövcud ehtiyatlardan sonuncu paketi ayırdıq və bunun üçün maliyyə vəsaitimiz var idi. Göstərdiyimiz yardım indi dayanma nöqtəsinə gəlib”,- deyə bildirib.
Qeyd edək ki, Vaşinqton administrasiyası təxminən dörd ay əvvəl İsrail və Ukraynaya kömək üçün 106 milyard dollar ayırmaq barədə Konqresə sorğu göndərib. Lakin sorğunun və alternativ qanun layihələrinin gələcək taleyi müəmmalı olaraq qalır.
Mənbə: TASS