Moldova səfiri Rusiya XİN-ə çağırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Rusiyadakı səfiri Lilian Dariu Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı ona sərt etiraz edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Həmçinin, səfir Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq respublikanın bəzi məmurlarının Rusiya ərazisinə girişinin əngəlləməsi qərarı barədə məlumatlandırılıb.

Nazirlik qeyd edib ki, Moldovaya daxil olan Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik halları sistemli xarakter alıb, sərhədi keçməkdən əsassız imtina halları çoxalıb. Habelə Moldova Respublikasının rəhbərliyi anti-Rusiya xarakterli aqressiv bəyanatlar verməkdə davam edir.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 122 11.01.24 11:48