Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın görüşünün tarixi diplomatik kanallarla razılaşdırılır, ancaq ehtiyac olarsa, liderlər hər zaman telefonla danışa bilərlər.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putinlə Ərdoğan arasında hər zaman ünsiyyətə ehtiyac var və bilirsiniz ki, onların görüşəcəyi ilə bağlı razılıq var. Putinin özü də “Mən Türkiyəyə gələcəyəm” deyib, biz sadəcə vaxtı seçəcəyik. Hələlik vaxt seçilməyib, görüş diplomatik kanallarla razılaşdırılacaq və gec-tez bu görüş baş tutacaq”, - o deyib.
D.Peskov bu cür təmasları ilk növbədə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlər baxımından vacib adlandırıb.
“Ehtiyac olarsa, onlar (Putin və Ərdoğan – red.) çox qısa zamanda bir-birinə zəng edə bilərlər. Bu cür planlar demək olar saatlar içində həyata keçirilir”, - D.Peskov fikrini yekunlaşdırıb.