Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaları 2024-cü ildə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün lazımi prosedurları vaxtında həyata keçirməyə çağırıb.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd edilib ki, seçkilər oktyabrın 26-da keçiriləcək: “2020-ci ildə keçirilən son seçkilərin nəticələrinə görə parlamentdə təmsil olunan partiyalar sadəcə olaraq MSK-ya ərizə ilə müraciət edirlər. Onlar bunu seçkiyə ən geci 57 gün qalmış etməlidirlər”.
Bildirilib ki, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından əlavə daha 11 müxalifət partiyası var.
Qeyd edilib ki, ilk dəfə seçkilər yalnız proporsional sistemlə keçiriləcək.