Türkiyənin 12 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, 38 adam saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
“12 vilayətdə FETÖ-yə qarşı eyni vaxtda həyata keçirilən “Kıskaç-3” əməliyyatında 38 şübhəli şəxs yaxalanıb”, - deyə Yerlikaya bildirib.
Qeyd edək ki, əməliyyatlar İstanbul, Ankara, Kütahya, Kahramanmaraş, Konya, İzmir, Çanakkale, Ordu, Tekirdağ, Düzce, Denizli kimi ərazilərdə keçirilib.