İndoneziyanın Balikpapan şəhərində imam səhər namazı vaxtı dünyasını dəyişib.
O, məscidə gələn ziyarətçilər qarşısında vəfat edib. Onunla birlikdə ibadət edənlər bu mənzərəni heyrət içində izləyiblər.
İmamın həmkarlarının dediyinə görə, din xadimi dostcanlı, ibadətə gələnlərə qarşı mehriban olub və heç vaxt ağrılardan şikayət etməyib. İmamın həmçinin özünə məxsus apteki olub.
İmamın ölümü onu tanıyan hər kəs üçün gözlənilməz olub.