Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketlərin (QBR) mobil buraxılış qurğularının istehsalı zavoduna baş çəkib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilir ki, KXDR rəhbəri nüvə yayındırıcılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Agentliyin məlumatına görə, zavoda səfəri zamanı Kim Çen In müxtəlif taktiki-strateji silahlar üçün reaktiv daşıyıcı raketlərin istehsal gücünün artırılması ilə bağlı tədbirlər görmək barədə göstəriş verib və zavodun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.