Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun Krımda mənşəyi məlum olmayan raket və pilotsuz təyyarələrin kütləvi hücumu zamanı öldüyü ehtimal olunur. Sosial şəbəkələrdə müvafiq mesajlar yayılır, lakin fövqəladə vəziyyətlə bağlı hələlik rəsmi təsdiq yoxdur. Rusiyanın nəzarətində olan yarımadada baş verən insident Macarıstanın “Visegrad 24” nəşrinin “X” sosial şəbəkə hesabında dərc olunub.
“Məlumatın dəqiqləşdirilməsi və yoxlanılması tələb olunur”, - deyə mesajın sonunda bildirilib.
Sosial şəbəkələrdə Valeri Gerasimovun ölümündən bəhs edən yüzlərlə mesaj yayılıb. Arqumentlərdən biri kimi onlar Rusiya Silahlı Qüvvələrinin Sakidəki aviabazasına və Sevastopol yaxınlığındakı komanda məntəqəsinə endirilən zərbənin nəticələri ilə bağlı məlumatları göstərirlər. Rəsmi olaraq təsdiqlənməmiş ilkin məlumatlara görə, orada Rusiya Silahlı Qüvvələrinin 23 hərbçisi də həlak olub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında Gerasimovla bağlı vəziyyəti təsdiqləyən və ya təkzib edən heç bir xəbər yoxdur.
Mənbə: focus.ua