“Microsoft”, “Windows 11” fərdi kompüterləri üçün klaviaturada dəyişikliklər edərək, “Copilot” süni intellekt (AI) düyməsi əlavə edir.
Bu barədə şirkətin korporativ vitse-prezidenti və marketinq direktoru Yusuf Mehdi məlumat verib.
Onun sözlərinə görə, “Windows” düyməsinin yanında yerləşəcək yeni düymənin əlavə edilməsi klaviaturada 30 ildə ilk ciddi dəyişiklik olacaq.
“Biz inanırıq ki, bu, insanların süni intellekt transformasiyasında iştirakını asanlaşdıracaq”, - deyə Mehdi korporativ bloqda yazıb.
Qeyd edək ki, “Microsoft 365 Copilot” “Word” və “Excel” proqramlarında süni intellekt funksiyalarını həyata keçirməyə imkan verir.
Mənbə: smotrim.ru