İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb.
Bu barədə İRİB məlumat yayıb.
Ölənlərin sayı 103 nəfər təşkil edir.
Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib.
Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.//report