Rusiyaya yumurta idxalına rüsumlar 2024-cü il yanvarın 1-dən iyunun 30-dək ləğv edilib.
Müvafiq sənəd Rusiyanın hüquq-informasiya portalında dərc olunub.
Bildirilib ki, bu qərar 1,2 milyard yumurtanın idxalına imkan verəcək və kəskin bahalaşan qiymətləri sabitləşdirəcək.
Belə ki, ötən ay Rusiyada yumurta illik ifadədə 40 faizdən çox bahalaşıb.
Qeyd edək ki, Rusiya hökumət ölkədə yaşanan yumurta qıtlığının qarşısını almaq üçün Azərbaycan və Türkiyədən idxala başlayıb.