Dövlətlərin borcu 100 trilyon dollara çatıb – Ən çox borcu olan ölkələr » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

Dövlətlərin borcu 100 trilyon dollara çatıb – Ən çox borcu olan ölkələr

Dövlətlərin ümumi borcu bu il 2022-ci ilə nisbətən 5,4 faiz artaraq 97 trilyon dollara çatıb.


Dünyada ən çox dövlət borcu olan ölkə isə ABŞ-dir.


ABŞ təxminən 33 trilyon dollarla dünyanın ən çox borcu olan dövlətdir. BVF-nin məlumatlarına görə, “COVID-19”dan əvvəl, yəni 2019-cu ildə qlobal dövlət borcu 74 trilyon dollar idi. Bu il 2019-cu ilə nisbətən dövlətlərin borcu 32,8 faiz artıb.


ABŞ-nin bu il dövlət borcu keçən illə müqayisədə 10 faiz artıb.


Çin, 2023-cü ilin oktyabrına 17,2 trilyon dollara çatan dövlət borcu ilə ABŞ-dən sonra dünyanın ən çox borcu olan ikinci ölkəsidir. İnfrastruktur və sosial-iqtisadi proqramlara külli miqdarda vəsait xərcləyən Çin hökuməti son illərdə Çin Mərkəzi Bankının iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı səviyyədə saxlaması səbəbindən borclanma həcmini artırıb.


Yaponiya 11 trilyon dollarlıq dövlət borcu ilə ABŞ və Çindən geridədir.


Son məlumata görə, Yaponiyanın dövlət borcu ÜDM-in 255 faizi qədərindədir. Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbətinin yüksək olmasının əsas səbəbi kimi onun əhalisinin qocalması, bu əhaliyə dəstək xərclərinin artması və vergi ödəyən gənc əhalinin sayının azalması göstərilir.
//sfera.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 224 30.12.23 20:19